Bakı. 13 avqust. REPORT.AZ/ Londonun cənub-şərqində yerləşən Kent qraflığında sərnişin avtobusunun aşması nəticəsində yeddisi uşaq olmaqla 41 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kent, Sarrey və Sasseks qraflıqlarının təcili yardım xidməti məlumat yayıb.
Hadisə Bakı vaxtı ilə 19:00-da M25 London dairəvi avtomobil yolunun Suonli şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.