​İndoneziyada vulkan səbəbindən hava limanı bağlanıb

Bakı. 30 Avqust. REPORT.AZ/ İndoneziya hakimiyyəti ölkənin Şimali Sulavesi əyalətində Manado inzibati mərkəzindən təqribən 1,6 min km aralıda yerləşən Lokon vulkanının fəallaşması ilə əlaqədar hava limanının işini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vulkan ötən gecədən havaya kül atmağa başlayıb. Hava limanı bu gün ərzində bağlı olacaq, lakin uçuşların bərpası ilə bağlı yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50