Hollivudda atışma zamanı 7 nəfər yaralanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Şimali Hollivuddakı əyləncə məclislərindən birində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Bildirilir ki, atışma zamanı 7 nəfər xəsarət alıb. Onlardan 6-ı odlu silahdan açılan atəşlə yaralanıb. Daha bir nəfər isə hadisə yerindən qaçarkən zədələnib. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabitdir.

Telekanalın məlumatına görə, polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10