Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov vəzifəsindən azad olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun vəzifəsi müvəqqəti olaraq general-mayor Volodimir Qorbatyuka tapşırılıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də vəzifəsindən azad edilib. Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapatıdır.

Digər xəbərlər