Fransada tətillər səbəbindən apteklərin 90 %-i bağlanıb

Fransada hökumətin təklif etdiyi sərt qənaət tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində apteklərin təxminən 90 %-i bağlanıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BFMTV telekanalı Əczaçılar Federasiyasının məlumatlarına əsaslanaraq bildirib.

"Ölkə üzrə demək olar ki, hər 10 aptekdən 9-u bağlıdır", - kanal təşkilatın məlumatını təqdim edib.

Əczaçılar, xüsusilə, sentyabrın 1-dən qüvvəyə minən və səhiyyə xərclərinin azaldılmasına yönəlmiş tədbirlərə qarşı çıxırlar. Əczaçılıq assosiasiyalarının fikrincə, bu tədbir apteklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10