Fransanın paytaxtı Parisdə koronavirusa yoluxmuş tibb işçilərinin sayı 50-ni ötüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli BFMTV telekanalı məlumat yayıb.
“Ümumilikdə Parisin xəstəxanalarında 56 tibb işçisinə koronavirus diaqnozu qoyulub”, - telekanal qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 690-a çatıb. Bunların 70 690 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.