Fransada 147 min polis Yeni il gecəsi asayişi qoruyacaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Fransada Yeni il gecəsi şəhər küçələrində asayişi təmin etmək üçün 150 minə yaxın hüquq-mühafizə orqanları əməkdaşı səfərbər ediləcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması üçün bütün ölkə üzrə hüquq-mühafizə orqanları, mülki təhlükəsizlik və silahlı qüvvələrin 147 min 935 əməkdaşı səfərbər ediləcək", - deyə idarənin "Twitter" mikrobloqunda bildirilib.

Yeni il gecəsi paytaxt Parisdə xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

Ötən gün Fransada etirazçılar yerli bankın giriş qapısında yanğın törətmişdilər.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09