Fransa prezidenti və baş naziri Nitsaya gedib

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland və baş naziri Manuel Vals dünən 84 nəfərin ölümü ilə nəticələnən terror hücumunun baş verdiyi Nitsaya gedib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Nitsa hava limanında dövlət və hökumət başçılarını daxili işlər naziri Bernar Kaznöv, Provans-Alp-Lacivərd sahil regionunun başçısı Kristian Estrozi və digər rəsmi şəxslər qarşılayıblar.

Onların əvvəlcə Nitsanın əsas xəstəxanasına gedərək terror hücumu zamanı xəsarət alanlarla görüşəcəyi və yaralılara dəstəklərini nümayiş etdirəcəkləri gözlənilir.

Digər xəbərlər