Ferqyusonda qaradərili gənci güllələyən polis istefa verib

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın Ferqyuson şəhərində qaradərili Maykl Braunu güllələyən Darren Uilson adlı polis əməkdaşı istefa verib.

"Report"-un “TASS”-a istinadən verdiyi xəbərə görə, qeyd olunan insident kütləvi iğtişaşlara və etirazlara səbəb olub.

Noyabrın 24-də Ferqyuson şəhər məhkəməsi Darren Uilsona bəraət qərarı verib.

Məhkəmənin qərarı şəhərdə və bütöv ABŞ-da kütləvi iğtişaşlara səbəb olub. 

Digər xəbərlər

ABŞ Kanadanı şantaj edir 26 yanvar, 2026 / 22:23