​“Exit-poll”un nəticələrinə görə, yunanlar kreditorlara "yox" deyib

Bakı. 5 İyul. REPORT.AZ/ “Exit-poll”un nəticələrinə əsasən, Yunanıstan sakinləri kreditorların təkliflərinə qarşı çıxıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səs verənlərin 49,5 faizdən 54,5 faizə qədəri kreditorların tələblərinə qarşı çıxış edir, 45,5 faizdən 50,5-ə qədəri isə tələbləri dəstəkləyir.

Referendumun ilk rəsmi nəticələrinin səsvermə bitdikdən iki saat sonra açıqlanacağı gözlənilir.

Digər xəbərlər