Estoniya hökuməti noyabrın 20-si Rusiya ilə quru sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə ERR ölkənin Baş naziri Kristen Mixalın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya ilə quru sərhədindəki bütün sərhəd-keçid məntəqələri - ikisi Narvada və üçü Estoniyanın cənub-şərqində (Koydula, Luhamaa və Saatse) - dekabrın 1-də səhər saat 7-dən bağlanacaq.
Mixal əlavə edib ki, 6 aydan sonra hökumət təhlükəsizlik vəziyyətini nəzərə alaraq sərhədin bağlanması zərurətini yenidən qiymətləndirəcək.