El Universal: Meksikanın Baş prokuroru istefa verib

Meksikanın baş prokuroru Alexandro Gerts Manero istefa ərizəsini Senatorlar Palatasına (parlamentin yuxarı palatası) təqdim edib.

"Report"un məlumatına görə, bu barədə "El Universal" qəzeti qanunvericilik assambleyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, 86 yaşlı Gerts Maneronun istefası noyabrın 26-da səhər Senat tərəfindən qəbul edilib. Müraciət qeydə alındıqdan sonra qanunverici orqan petisiyaya baxmaq üçün iclas çağırıb.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10