Əfqanıstanda taliblərin hücumunda 17 hərbçi öldü

"Taliban" silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətinin Hocaigər rayonunda hərbi hissəyə hücumu nəticəsində 17 əsgər ölüb, 2-si yaralanıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Açıqlamada Hocaigər rayonunun Təpəhavaşinasi bölgəsindəki döyüş nəticəsində taliblərin ağır itkilərə məruz qaldığı bildirilib.

"Taliban" hələlik hadisə ilə bağlı məlumat yaymayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10