​Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 5 nəfər ölüb

Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 1-də gecə saatlarında Əfqanıstanın şərqində - Nanqahar əyalətinin Cəlalabad şəhərində polis nəzarət məntəqəsinə hücum nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bunu Nanqahar əyaləti polsi idarəsinin rəisi Fazil Əhməd Şirzad bildirib.

Onun sözlərinə görə, atışma 4 saata yaxın davam edib. Basqınçılardan 5-i öldürülüb, biri isə həbs olunub.

Əfqanıstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib ki, hadisə nəticəsində 11 polis və 5 dinc sakin yaralanıb.

Polis məntəqəsinə hücumun məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürüb. 

Digər xəbərlər

Tramp: İrana etibar etmirəm 12 avqust, 2026 / 06:53