Əfqanıstanda partlayış törədilib, 9 nəfər ölüb, 5-i yaralanıb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində bomba partladılıb. 

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, iyunun 3-də səhər saatlarında əyalətin Arqistan rayonunda yolda mülki avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində 9 dinc sakin ölüb, 5-i yaralanıb.

Partlayışı “Taliban” hərəkatı üzvlərinin törətdiyi ehtimal edilsə də, onlar hələlik hadisəni şərh etməyiblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10