Əfqanıstanda koronavirusa yoluxanların sayı 1 005-ə çatıb.
“Report” “1TV News”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son sutkada həkimlər Kunar və Laqman əyalətlərinin hər birində 4, Nəngərharda isə 1 hadisə olmaqla, toplam 9 yeni yoluxma halı müəyyən ediblər.
Ümumilikdə isə Əfqanıstanda koronavirusadan 31 nəfər ölüb, 31 nəfər sağalıb.