​Əfqanıstanda 15 "Taliban" silahlısı zərərsizləşdirilib

Bakı. 17 noyabr. REPORT.AZ/. Əfqanıstanda sutka ərzində aparılan anti-terror əməliyyatları nəticəsində "Taliban" terror qruplaşmasının 15 döyüşçüsü məhv edilib, beşdən artıq silahlı ələ keçib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisin məlumatına görə, daha geniş təmizləmə əməliyyatı Əfqanıstanın şərqi və mərkəzi əyalətlərində aparılıb.

Əməliyyatlar zamanı Əfqanıstan Ordusunun iki əsgəri həlak olub.

Digər xəbərlər