Bu gün Əfqanıstanın cənub-şərqində 5,5 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" ABŞ Geoloji Xidmətinə istinadən məlumat yayıb.
Zəlzələnin episentri Nənqərhar əyalətinin Cəlalabad şəhərindən 34 kilometr şimal-şərqdə yerləşib.
Bu yeraltı təkanların episentri, avqustun 31-də baş verən və 1 400-dən çox insanın ölümü ilə nəticələnən zəlzələnin episentrindən çox da uzaq deyil.
Mümkün dağıntılar və ya zərərçəkənlər barədə təfərrüatlar hələ ki verilmir.