Bakı. 11 dekabr. REPORT.AZ/ Ebola virusuna yoluxan 17 942 nəfərdən dünyasını dəyişənlərin sayı 6388 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
Syerra-Leone xəstəliyin ocağı olaraq qalmaqdadır.
1-7 dekabr tarixlərində Syerra-Leonedə 397 yeni yoluxma hadisəsi qeydə alınıb.