​Dublin aeroportunda təyyarələrin uçuşu dayandırılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İrlandiyanın paytaxtı Dublinin Beynəlxalq Hava Limanında reyslərin uçuşu müvəqqəti olaraq dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "AirLive" internet portalı öz Twitter səhifəsində yazıb.

Qeyd olunur ki, bu, təyyarə və dispetçerlər arasında yaranan problem səbəbindən baş verib.

Aeroport nümayəndələri tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10