Fransanın şimalında Hauts-de-France regionunda daşqınlardan dəymiş ziyan 550 milyon avro olaraq qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə Fransa Dövlət Mərkəzi Təkrar Sığorta Fondunun (CCR) məlumatında deyilir.
Zərərin ən azı 50 %-i (275 milyon avro) dövlət təkrar sığortaçısı kimi CCR tərəfindən ödəniləcək.
Fond bu smetaya yenidən baxıla biləcəyini vurğulayıb.
Qeyd edək ki, Fond 1982-ci ildə yaradılıb. Qurum Fransanın bu sahə üzrə şirkətlərinə təbii fəlakətlərə qarşı təkrar sığorta təminatı təklif edir.