Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın vitse prezidenti Co Bayden nüvə proqramına görə İrana qarşı sanksiya tətbiq etmə çağırışlarını müsbət qarşılamayıb.
"İrəliləyiş üçün şansımızın olduğu zamandır, risk zamanı deyil"- deyə vitse prezident bildirib.
"Report" Azadlıq Radiosu-na istinadən xəbər verir ki, bu fikirləri o, Vaşinqtonun Brookings İnstitutundakı forumda çıxışı zamanı səsləndirib.
İrana tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatının yavaşımasına səbəb olur.
Ötən ay İran və dünyanın 6 böyük güc dövlətləri Tehranın nüvə məsələsinin həlli üçün danışıqlar ediblər. Məsələnin 12 ildir tapılmayan həlli istiqamətində müsbət irəliləyiş əldə edilməyib.