Mərkəzi Çinin Hubey əyalətinin şərq hissəsində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, bir nəfər isə itkin düşmüş hesab olunur.
"Report" xəbər verir ki, "Sinxua" agentliyi əyalət hakimiyyət orqanlarının bəyanatlarına istinadən bu barədə məlumat yayıb.
Ekstremal hava şəraiti səbəbindən bu ərazidə 22 bina dağılıb və daha 4 855 binaya ziyan dəyib, nəticədə 331 yerli sakin zərər çəkib.
Bildirilib ki, əyalətdə genişmiqyaslı xilasetmə və humanitar əməliyyatlara başlanılıb.