Bakı. 8 may. REPORT.AZ/ Çin Kommunist Partiyası Siyasi Bürosunun keçmiş üzvü Sun Çjentsay 170 milyon yuan (22,2 milyon avro) rüşvət aldığı üçün ömürlük azadlıqdan məhrum edilib.
“Report” DPA-ya istinadən xəbər verir ki, bunu ölkənin məhkəmə nümayəndəsi bildirib.
S.Çjentsay Çin Kommunist Partiyasının Çuntsin Şəhər Komitəsinin katibi olub. 2017-ci ilin iyulunda 54 yaşlı siyasətçi tutduğu vəzifədən kənarlaşdırılıb. İki ay sonra isə partiya sıralarından çıxarılıb. Çjentsayın bütün əmlakı müsadirə olunub. O, bütün siyasi hüquqlardan məhrum edilib.
Rəsmi məlumata əsasən, son 5 ildə Çində müxtəlif dövlət vəzifəsi tutan 1,3 milyondan çox məmur korrupsiyaya görə cəzalandırılıb.