Çinin şimalında bir müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə "Jiapeng" biotexnologiya şirkətinin zavodunun sexlərindən birində baş verib. Partlayışın səbəbləri barədə məlumat verilməyib.
Bildirilib ki, hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb.
Hadisəni araşdırmaq üçün istintaq qrupu yaradılıb.