Çində genişmiqyaslı antiterror təlimləri keçirilib

Bakı. 16 avqust. REPORT.AZ/ Çin hərbçiləri ölkənin qərbində yerləşən Sintezyan-Uyğur Muxtar Rayonunda genişmiqyaslı antiterror təlimləri keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, avqustun 11-dən 15-dək davam edən təlimlərdə təxminən üç min hərbçi iştirak edib.

"Sinxua" agentliyinin məlumatına görə, təlimlər zamanı 21 ədəd yeni yüksək texnologiyalı silahdan, o cümlədən dronlardan istifadə olunub.

Xatırladaq ki, Çin hərbçiləri iyulun sonlarında ölkənin cənubundakı Quansu-Çjuan Muxtar Rayonunda da genişmiqyaslı antiterror təlimləri keçirmişdi. Təlimlərdə 3 mindən çox hərbçi, o cümlədən ictimai təhlükəsizlik idarəsinin, silahlı xalq polisinin və yanğınsöndürmə xidmətinin əməkdaşları iştirak etmişdilər.

Digər xəbərlər

Senator Lindsi Qrem vəfat edib 12 iyul, 2026 / 10:42