Çin Tayvan ətrafında təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında üç ərazidə (şimal, cənub-qərb və cənub-şərq) təlimlərə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çinin 20-dən çox döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Televiziyanın məlumatına görə, 8 "J-11" qırıcısı, 10 "J-16" qırıcısı, bir "KJ-500" hava desantı təlimlərdə iştirak edir.

Bundan əvvəl bildirilib ki, Çin Tayvan adasının şimalında da avqustun 3-5-də dəniz atəşi təlimləri keçirəcək. Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığının məlumatına görə, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10