Çin ABŞ-ın Baş Konsulluğunu bağlamağı nəzərdən keçirir

Çin hakimiyyəti Sıçuan əyalətinin cənub-qərbində yerləşən Çendu şəhərindəki ABŞ-ın Baş Konsulluğunu bağlamağı nəzərdən keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “South China Morning Post” qəzeti yazıb.

Bildirilib ki, bu, ABŞ-ın Çinin Hyustondakı Baş Konsulluğunun bağlamasına rəsmi Pekinin cavabı kimi qiymətlədirilir.

Qeyd edək ki, Çinin Quançjou, Şanxay, Şenyan, Çendu və Uxan şəhərlərində ABŞ-ın konsulluqları fəaliyyət göstərir.

Çenduda Baş Konsulluq 1985-ci ildə açılıb. Bu, strateji ərazi sayılır. Şəhər Sıçuan, Yunnan, Quyçjo əyalətlərini, Tibet Muxtar rayonunu, eləcə də mərkəzi hakimiyyətə tabe Çunsin şəhərini əhatə edir.

Digər xəbərlər

Serbiya parlamenti buraxılıb 09 sentyabr, 2026 / 14:48