Sakit okeanın Çili sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
"Report" bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, zəlzələnin episentri Çilinin paytaxtı Santyaqodan 134 km şimal-qərbdə yerləşib, ocaq 25 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.