Çexiyada son sutkada koronavirusa 103 yoluxma hadisəsi qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çexiya Səhiyyə Nazirliyin Mətbuat xidməti açıqlayıb.
Ölkə üzrə yoluxanların sayı 7 682-yə çatıb. Çexiyada koronavirusdan ölənlərin sayı 236 nəfərdir. 3 314 nəfər isə sağalıb.
Aprelin 11-dən 27-dək gündə 41 yoluxma faktı qeydə alınırdısa, son 3 gündə onların gündəlik sayı 100-ü keçib.