Çexiyada helikopter qəzaya uğrayıb, pilot həlak olub

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Çexiyanın cənub-qərbində şəxsi helikopter qəzaya uğrayıb, pilot həlak olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Almaniya-Çexiya sərhədində yerləşən Modrava kəndi yaxınlığında naməlum səbəblərə görə Raven II Robinson markalı birnəfərlik şəxsi helikopter bazar günü qəzaya uğrayıb, pilot həlak olub", - Çexiya mətbuatı yazır.

Digər xəbərlər

Panama kanalında tıxac yaranıb 21 mart, 2026 / 03:45