Çexiyanın Slan şəhərində marşrutun avtobus dayanacağına çarpılması nəticəsində biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Slan şəhəri polis idarəsinin nümayəndəsi Petra Effenberqerova bildirib.
Hadisə ölkə paytaxtı Praqadan 37 km qərbdə Slan şəhərində baş verib. Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.