Cənubi Koreyada zavodda partlayış olub, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Cənubi Koreyanın Çhonan şəhərində boya-lak məmulatları üçün komponentlər istehsal edən müəssisədə partlayış və yanğın baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi rəsmi orqanların bəyanatına istinadən məlumat yayıb.

Ehtimal olunur ki, ölənlərdən ikisi xarici vətəndaş olub.

Digər xəbərlər