Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqindəki barda baş verən kütləvi atışmada azı 17 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "The Independent" milli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Yohannesburqdan 80 km cənub-qərbdə, Qautenq əyalətinin Vedela qəsəbəsində baş verib.
"AK-47" avtomatları və tapançaları olan səkkiz naməlum şəxsdən ibarət qrup məkana soxularaq atəş açıb. Atışma nəticəsində dördü qadın olmaqla, 17 nəfər həlak olub, 15 nəfər yaralanıb", - məlumatda deyilir.
Polisin məlumatına görə, hücum edənlər qurbanların mobil telefonlarını oğurlayıb, həmçinin iki avtomobili yandırıblar. Bundan sonra onlar hadisə yerindən qaçıblar.