Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalar çərçivəsində 137 fiziki və hüquqi şəxs barəsində məhdudiyyətləri təsdiqləmək niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin daxili sənədlərinə istinadən "EUobserver" məlumat yayıb.
Sanksiya siyahısına, xüsusilə, "Wildberries"in təsisçisi Tatyana Kimin əlavə edilməsi planlaşdırılır.
Bundan əlavə, siyahıya 49 Rusiya bankı və "Balans Straxovaniye" sığorta şirkəti daxil ediləcək.
XƏBƏR YENİLƏNİR