Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb

Sudan ordusunun Qərbi Kordofan ştatındakı Əbu-Kəlb kəndinə pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində azı 15 nəfər, o cümlədən dörd uşaq ölüb.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə "Kordofan rəsədxanası" hüquq müdafiə təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, kəndə iki dəfə zərbə endirilib. Birinci partlayış uşaqların futbol oynadığı meydana, ikincisi isə yaşayış evlərinə tuş gəlib.

Hücum Sudan ordusunun Qərbi Kordofan ştatında davam edən hücumu fonunda baş verib, burada hökumət qüvvələri əraziləri hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələrindən geri alır.

Digər xəbərlər