Cənubi Afrika Respublikasında 2 mindən çox şaxtaçı tətil edir

Cənubi Afrika Respublikasının (CAR) şimalında yerləşən Rustenburq şəhəri yaxınlığındakı platin mədənində 2 mindən çox şaxtaçı tətil edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mədənin sahibi olan “Impala Platinum Holdings Limited” şirkətinin rəhbərliyi məlumat verib.

“Şaxtaçıların bir qismi yuxarı qalxmaqdan imtina ediblər”, - şirkətdən bildirilib.

Tətil edən işçilərin sayının 2205 nəfər olduğu qeyd edilib.

Hazırda mədəndə bütün işlər dayandırılıb. Tətildə iştirak etməyən işçilər təxliyə edilib.

Digər xəbərlər

Kiyev qaranlığa qərq olub 14 yanvar, 2026 / 04:06