Canet Yellen: “ABŞ iqtisadiyyatı yavaşlayır”

Amerika iqtisadiyyatı yavaşlayır, lakin resessiya (iqtisadi fəallığın davamlı olaraq geriləməsi - Report) əlaməti yoxdur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

“İqtisadiyyat yavaşlayır. Keçən il təqribən 5,5% sürətli artım oldu, pandemiya zamanı işini itirən insanlar əmək bazarına qayıtmağa müvəffəq oldular. Hazırda əmək bazarı çox güclüdür. Bu, resessiyada olan iqtisadiyyat deyil, lakin biz indi artımın yavaşladığı keçid dövründəyik”- deyə, o bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10