Burkina-Fasoda terror aktı törədilib, ölənlər var

Burkina-Fasonun şimalında yol kənarında törədilən iki partlayış nəticəsində azı 6 hərbçi və 3 polis həlak olub.

"Report" bu barədə AFP-yə istinadən xəbər verir.

Partlayışlar Mali ilə sərhədə yaxın ərazidə törədilib.

Burkina-Faso son illərdə Qərbi Afrikadakı silahlı qrupların terror fəaliyyətinin episentrinə çevrilib. Ölkənin şərq və şimal-şərq bölgələrində iki terror qruplaşması fəaliyyət göstərir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10