Burkina-Fasonun şimalındakı Silqadci şəhərində protestan kilsəsinə silahlı hücum nəticəsində aralarında pastorun da olduğu ən azı 5 nəfər dindar öldürülüb.
“Report” AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər itkin düşüb.
Naməlum silahlıların dini ayinin sonuna yaxın motosikletlə binaya daxil olaraq əvvəlcə havaya, sonra isə toplaşan dindarlara atəş açdığı bildirilir.
BBC-nin məlumatına görə, keşişin iki oğlu da hadisə zamanı ölüb. Hadisəni törədənlərin şimala - Mali sərhədinə doğru qaçdığı ehtimal olunur.
Son illər Burkina-Faso mütəmadi olaraq terror hücumlarına səhnə olur.