Britaniyada təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bazar ertəsi Böyük Britaniyanın qərbində kiçik təyyarə qəzaya uğrayıb. Nəticədə 2 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti yazıb.

Hadisə Tüksberi şəhərində (Qlosterşir qraflığı) baş verib. Nəşrin məlumatına görə, təyyarə ağacın üzərinə düşüb.

Digər xəbərlər