Braziliyada 2 800-dən çox insan koronavirusun qurbanı olub.
“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
"40 581 hal (yoluxma) təsdiq edilib, 2 845 insan öldü", - xəbərdə deyilir.
Bir gün əvvəl 2 462 nəfərin öldüyü, 38 654 virusa yoluxma haqqında bildirilib. Ən çox yoluxma San-Paulo ştatında qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.