Blinken oktyabrın 11-12-də İsrailə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 11-12-də İsrailə səfər edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

Miller qeyd edib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.

Digər xəbərlər