Liviyanın paytaxtı Benqazidə minalanmış avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb, 10-u yaralanıb.
“Report” xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Minalanmış avtomobil şəhərin qərbindəki Əl-Havari rayonu ərazisində yerləşən ərzaq bazarı qarşısında havaya uçdu. Nəticədə iki nəfər ölüb, daha 10 nəfər, eləcə də bir uşaq yaralanıb", - deyə yerli tibb mərkəzindən bildirilib.