​Belarus prezidenti Aleksandr Lukaşenko əməliyyat olunub

Bakı. 23 noyabr. REPORT.AZ/Belarus prezidenti Aleksandr Lukaşenko diz oynağından əməliyyat olunub.

"Report" xəbər verir ki, prezident xokkey məşqlərindən biri zamanı zədələnib.

Əməliyyat əvvəlcədən planlaşdırılsa da, Lukaşenkonun sıx iş cədvəli səbəbindən, bunu etmək mümkün olmayıb.

Hazırda dövlət başçısının özünü qənaətbəxş hiss etdiyi bildirilir. Onun tam olaraq ayağa qalxması üçün 3-4 gün tələb olunacaq.

Digər xəbərlər