BƏƏ koronavirus məhdudiyyətlərini ləğv edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başladığını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Məhdudiyyətlərin aradan qaldırılması turizm obyektləri, ticarət-əyləncə mərkəzləri və digər müəssisələrə aiddir.

Həmçinin məscidlərdə namaz qılanlar arasında sosial məsafənin 1 metrə endirilməsi barədə qərar qəbul edilib.

Bununla belə, BƏƏ rəsmiləri bütün vətəndaşları epidemiya əleyhinə tədbirlərə, o cümlədən qoruyucu maska ​​rejiminə əməl etməyə çağırıb.

Məhdudiyyətlərin aradan qaldırılması prosesi fevralın ortalarına qədər başa çatacaq.

Digər xəbərlər