Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilin yekunlarına dair ənənəvi mətbuat konfransını cümə günü, dekabrın 19-da keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi Coş Ernest brifinq zamanı bildirib.
Barak Obama mətbuat konfransından sonra Havay adalarına iki həftəlik məzuniyyətə yollanacaq.
"Prezidentə xoş bayramlar arzu edin", - deyə Obama öz Twitter səhifəsində qeyd edib.