Azərbaycan mətbəxi Fransada beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək. 

"Report"un Fransa bürosu xəbər verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan noyabrın 15-17-də Parisdə "Grand Palais" (Böyük Saray - red) də təşkil olunan "Festival du bien-manger"də ("Yaxşı yemək" festivalı - red) təmsil olunacaq.

Festival üç gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12