Avstriyada prezident seçkilərində hazırkı dövlət başçısı liderlik edir

Avstriyanın hazırkı dövlət başçısı Aleksandr Van der Bellen prezident seçkilərində 54,6% səs toplayıb və ilk turda qalib gəlmək şansı var.

"Report" xəbər verir ki, bu barədə ORF telekanalı seçki bülletenlərinin emalının ilk nəticələrinə istinadən məlumat yayıb.

Van der Bellen 50%-dən çox səs toplasa, ilk turda qalib gələcək.

Onu sağçı Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkranz (18,9%) və müstəqil namizəd Tassilo Valentin (8,5%) izləyir.

Digər xəbərlər