Barro ABŞ və İran eskalasiyasının neft qiymətlərinə təsiri barədə danışıb

ABŞ və İran arasında münaqişənin daha da gərginləşməsi heç bir tərəfə fayda gətirməyəcək və karbohidrogenlərin qiymətlərinə ciddi təsir göstərə bilər.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro İstanbulda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni gərginlik, böyük ehtimalla, enerji resurslarının qiymətinə əhəmiyyətli təsir göstərəcək.

Bəyanat Barronun Böyük Britaniya, Almaniya, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları ilə görüşündən sonra səslənib.

Digər xəbərlər